Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz şəhər Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbi ”Fizuli sən azadsan” adlı tədbir keçirdi

16.10.2021

Tovuz şəhər Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbi 16 oktyabr 2021-ci il tarixində "Fizuli sən azadsan" adlı tədbir keçirdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Məftunə Əsədova açaraq qeyd etdi ki, Vətən  müharibəsi 2020-ci il sentyabrın 27-də başlamışdır. 17 oktyabr tarixinə kimi davam edən müharibədə Fizuli rayonu və 18 kəndi işğaldan  azad olundu. Azərbaycan xalqı üçün bu qələbə böyük bir  başlanğıc oldu.

Sonra mövzu ətrafında tədris işləri üzrə direktor müavini Leyla  İsmayılovanın çıxışı dinlənildi. Məktəbin şagirdləri vətənpərvərlik mövzusunda  şeirlər söylədilər.